Bu gün:


Ekspert: Rusların sayı fəlakətli şəkildə azalır

Tarix: 02.02.2023 / 10:26  •   Oxundu: 67 dəfə  •  

Rusiyada əhalinin sayında azalma birbaşa səfərbərliklə bağlıdır.
Bu barədə rusiyalı demoqraf İqor Yefremov son statik göstəriciləri şərh edərkən deyib.
O, situasiyanın getdikcə daha fəlakətli olacağını bildirib:
“Doğum səviyyəsinə əsas zərbə dolayı olacaq. Əksər ailələrin planları tamamilə dağılacaq. Səfərbərlik davam etdikcə, mənfi effekt daha da güclənəcək”.
Qeyd edək ki, Rusiya Federal Dövlət Statistika Xidmətinin 2022-ci ilə olan hesabatına əsasən, ölkədə əhalinin sayı 566 min nəfər azalaraq 146 milyon 424 minə enib.