Bu gün:


"Rusiya parçalanacaq, dağılacaq, Rusiyanın sonudur, biz hamımız tabutun içindəyik..."

Tarix: 02.01.2023 / 17:41  •   Oxundu: 122 dəfə  •  

"Rusiya çürüməkdədir və Qirkin bu çürüntü qoxusunu hiss edərək Ukraynanın Soçiyə yürüş edəcəyini söyləyir..."
 

"Rusiyada hakimiyyətin yenidən bölgüsü başlayacaq və onun "Milli Qurtuluş Cəbhəsi"nə ehtiyacı var..."
 
"İqtisadi durum çox pisdir, həyat səviyyəsi aşağı düşüb, istehsal dayanıb..."
 
"Rusiya büdcəsinin əsas gəlir mənbəyi olan neft gəlirləri bu il 20-30 faiz azalacaq..."
 
Üzdəniraq "Donetsk xalq respublikası" yaraqlılarının sabiq başçısı İqor Qirkin (Strelkov) Rusiyada hakimiyyətin yenidən bölgüsünü öncədən görərək, yeni siyasi qüvvənin yaradılması üzərində işləyir, onun fəallığı və rezonans doğuran bəyanatları bununla bağlıdır.
 
İDEAL Media.az xəbər verir ki, bu fikri "QORDON" internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində jurnalist və teleaparıcı Savik Şuster ifadə edib.
 
Batsman Şusterə yaraqlıların sabiq  başçısının 2023-cü il üçün, o cümlədən Ukrayna və Qərbin, guya, Kubanı və Soçini götürəcəkləri ilə bağlı proqnozlarını şərh etməyi təklif edib.
 
"Bu, o demək deyil ki, Ukrayna Soçiyə yürüş edəcək. Siz anlayırsınız ki, Ukrayna Soçinin üzərinə getməyəcək. Soçi onun nəyinə lazımdır ki?" - Şuster hesab edir.
 
Teleaparıcı söhbətin başqa şeydən getdiyi qənaətindədir. Qirkin Rusiya Federasiyasında hakimiyyətin yenidən bölgüsünün başlanacağını "gözəl anlayır":
 
"Belə bir yenidən bölgü sürətlə  yaxınlaşmaqdadır. Bu, heç Putinin sağlamlıq durumundan da asılı deyil, hərçənd, bu, böyük amildir. Çünki iqtisadi nəticələr...İqtisadi bəla getdicə çox həssaslıqla hiss edilməkdədir", - o, belə güman edir.
 
Şusterin müşahidələrinə görə, Rusiyada insanlar "alış-veriş etməyə" son qoyub.
 
"Bunu görməmək mümkün deyil. Heç də hamı yolka bəzəmir, artıq heç də hamı Yeni il süfrəsini bəzəyə bilmir. Həyat səviyyəsi artıq hər ötən gün daha da pisləşməkdə davam edir. İşsizlik artır. Heç nə istehsal etmək mümkün deyil, yalnız, nə bilim, sovet avtomobil sənayesinin bərpa edilməsindən savayı", - o, deyib.
 
Şusterin proqnozuna görə, neftdən gələn gəlir bu il "20-30 faiz aşağı düşə bilər", bu isə Rusiya büdcəsinin əsas gəlir mənbəyidir.
 
"Yəni ölkə öz-özlüyündə çürüməkdədir. Və düşünürəm ki, bu çürüntü qoxusunu Qirkin hiss edir. O, deyəndə ki, Ukrayna biz azdan Soçiyə yürüş edəcək, düşünürəm ki, mənim nöqteyi-nəzərimcə, bu, hakimiyyət uğrunda mübarizə aparacaq yeni siyasi qüvvə yaratmaq cəhdidir. Bu, "Milli Qurtuluş Cəbhəsi", yaxud, başqa cür adlandırılacağından asılı deyil, bir ad tapılar yəqin", - teleaparıcı buna əmindir.
 
O, əlavə edib ki, "DXR" yaraqlılarının sabiq başçısı artıq indidən öz ətrafında "Rusiya Federasiyasının "oğru hakimiyyət" olduğu barədə tezisın yaxın olduğu adamları birləşdirməyə cəhd edir.
 
"Siz görürsünüzmü, o, "Vahid Rusiya"nı necə adlandırır? Hə? O ki, onları oğrular adlandırır. Ona görə də vəziyyəti elə hey gərginləşdirir: "Rusiya olmayacaq, Rusiya parçalanacaq, Rusiya dağılacaq...Vəssalam! Rusiya bitib, Rusiyanın sonudur, biz hamımız tabutun içindəyik", - Qirkin deyib.
 
Teleaparıcı hesab edir ki, bu fonda Qirkin Rusiyanı "xilas etmək lazım olduğunu" və bu səbəbdən "Qurtuluş Cəbhəsi"nə ehtiyacı olduğu ideyasını şüurlu surətdə irəliyə aparır.
 
"Mən düşünürəm ki, onun indi vəzifəsi bundan ibarətdir. Üstəlik, yenə də hiss edirəm ki, onun arxasında və ya onunla birgə insanların olmasına dair faktlar yoxdur. Düşünürəm ki, daha yükdək mövqelərdə dayananlar: FTX, yaxud...Orduda olduğuna əmin deyiləm. Çünki ordunun özünə o, heç cür hörmət etmir. Düşünürəm ki, hər halda onunla birlikdə olan nüfuzlu adamlar var. Bax, düşünürəm ki, bunlar baş verməkdədir", - Şuster bu qənəatdədir.