Bu gün:


Qazaxıstan Türkiyəyə 1 milyon dollar ayırdı

Tarix: 08.02.2023 / 10:13  •   Oxundu: 62 dəfə  •  

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Nazirlər Kabinetinə dağıdıcı zəlzələdən zərər çəkən Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayırmağı tapşırıb.
Bu barədə ölkənin dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Bununla yanaşı, xilasedicilərin ikinci qrupu artıq Qazaxıstandan Türkiyəyə göndərilib. İkinci eşelon 60 şəxsi heyətdən ibarətdir: xilasedicilər, tibb işçiləri və kinoloqlar.