Onkoloji xəstəlikdən əziyyət çəkən Zemfira Abdullayeva Prezident İlham Əliyevə, Birinci Viste-Prezident Mehriban Xanım Əliyevaya və İDEAL Redaksiyasına müraciət etmişdir.
Müraciətdə bəzi məqamları diqqətinizə çatdırırıq:
Hörmətli Cənab Prezident!
Onkoloji xəstə olaraq illərdir ki, özümün və yaxınlarımın şəxsi vəsaiti hesabına müalicə olunurdum. Maddi gücümüz tükəndikdən sonra tibbi yardım almaq məqsədilə Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinə yüzlərlə məktub ünvanlamışam ki, mənə yardım edilsin.
Çox təəssüflər olsun ki, müraciətlərim hər iki dövlət qurumu tərəfindən bürokratik sabotaj karuselinə yük edilərək süründürülməkdədir. Sanki bu qurumların rəhbərliklərinin insanlıq hissi yoxdur.O cümlədən tayfasında, nəslində heç kəsin xəstələnmədiyi, həmçinin kiməsədə görə köks ötürmədikləri görünür.
Artıq bezmişəm. Ölümlə çarpışıram. Zəruri dərman ləvazimatlarını almaq imkansızlığındayam.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin rəhbərliyindən dövlət tərəfindən heç bir yardım almadıqlarını, ona görədə mənə lazım olan dərman ləvazimatlarını təmin edə bilmədiklərini bildirmişlər.
Mütəmadi qəbul etməli olduğum dərmanlar aşağıdakılardır:
Mövzu diqqətimizdədir.
Polad Musayev

- Ulcetid 20 mq – 14 manat
- Perkalsin – 22 manat 44 qəpik
- Femera N-30 – 60 manat
- Darnaxzol 4 mq – 101 manat
- Faslodex 500 mq – 350 manat
Mövzu diqqətimizdədir.
Polad Musayev