Bu gün:


Hərbçimiz qar uçqununa düşərək həlak oldu

Tarix: 10.02.2023 / 14:10  •   Oxundu: 72 dəfə  •  

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək həlak olub.
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
"Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır", - məlumatda bildirilib.
Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd kənd sakinidir.