Bu gün:


ABŞ Körfəz ölkələri ilə İranla bağlı danışıqlar aparacaq

Tarix: 11.02.2023 / 12:40  •   Oxundu: 75 dəfə  •  

ABŞ administrasiyasının rəsmiləri Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin nümayəndələri ilə İran, hava hücumundan müdafiə və terrorizmlə mübarizə ilə bağlı məsələlərə dair məsləhətləşmələr aparacaq.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, görüş 13-16 fevral tarixlərində Səudiyyə Ərəbistanında baş tutacaq.
ABŞ nümayəndə heyətinə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli, Dövlət Departamentinin Terrorla Mübarizə üzrə əlaqələndiricisi vəzifəsini icra edən Kristofer Lendberq, müdafiə nazirinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Dana Stroul, digər diplomatlar və hərbi rəsmilər daxildir