Bu gün:


Ceyhun Bayramov Qəhrəmanmaraşdadır

Tarix: 11.02.2023 / 12:56  •   Oxundu: 89 dəfə  •  

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Qəhrəmanmaraş şəhərinə səfərə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Qəhrəmanmaraş şəhərinə gəlib.
Naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.