Bu gün:


Zəlzələdən sonra Türkiyədəki 10,6 min suriyalı geri qayıdıb

Tarix: 20.02.2023 / 10:23  •   Oxundu: 62 dəfə  •  

“Bəzi fitnə törətmək istəyən şəxslər ölkə sərhədlərindən Türkiyəyə qaçqın axınının olduğu iddiasını irəli sürüb. Bu iddialar tamamilə həqiqətə uyğun deyil”.
Idealmedia.az​​​ xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ilə sərhəd xəttində qurudan və havadan yoxlamalar apardıqdan sonra bildirib.
Nazir qeyd edib ki, əksinə, yaşadıqları evlərə ziyan dəymiş suriyalılar öz torpaqlarına qayıdıb: “Sərhəddən qanunsuz keçid cəhdi olmayıb. Zəlzələdən sonra 10 min 633 suriyalı könüllü olaraq öz torpaqlarına qayıdıb”.