Məlum olduğu kimi ictimai nəqliyyatda gediş haqlarının artırılmasına dair qərar qəbul edilib. Qərar əsasında şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə tarif, məsafədən asılı olaraq 40 qəpik-1 manat olaraq müəyyən edilib. Qiymət artımı daha çox qəsəbələrarası marşrut xətlərinə təsir edib. Şəhərətrafı avtobuslarda gediş haqqının məsafəyə uyğun tənzimlənmədiyi haqqında bir qrup sərnişin tərəfindən redaksiyamıza şikayətlər daxil olub.
Məsələn, metronun “Koroğlu” stansiyasından Binə qəsəbəsinə gedən 160 saylı avtobusda gediş haqqı məsafəyə görə ödənilməlidir. “Koroğlu”dan Binəyə qədər bu məbləğ 50 qəpikdir. Amma qəsəbədaxili ərazilərdə 40 qəpik olmalıdır. Ancaq həmin xətdə kart sistemi tətbiq edildiyi üçün sərnişin bir dayanacaq məsafəyə görə də tam ödəniş etməli olur. Necə deyərlər, BNA fürsətdən maksimum yararlanır, gediş haqqını 10 yox, 20 qəpik artırır.
Daha bir misal: Yeni Suraxanı qəsəbəsindən metronun “Həzi Aslanov” stansiyasına gedən 104-saylı xətdə bahalaşamdan əvvəl gediş haqqı məsafədən asılı olmayaraq 30 qəpik olub. İndi isə bu xətdə işləyən avtobuslara belə elan asılıb: Yeni Suraxanı – Həzi Aslanov – gediş haqqı 50 qəpik.