Bu gün:


Türkiyədə SİLAHLI HÜCUM: ölən və yaralananlar var

Tarix: 23.02.2023 / 15:02  •   Oxundu: 1 668 dəfə  •  

Türkiyənin Ədirnə vilayətində 2 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücum olub.
Bu barədə ​İdealmedia.az​​​ xəbər verir.
Məlumata görə, İpsala rayonunda ov tüfəngi ilə silahlanmış şəxs kafeyə girərək atəş açıb. Hadisə zamanı 4 nəfər yaralanıb.
Zərərçəkənlər İpsala Dövlət Xəstəxanasına yerləşdirilib. Lakin onların ikisi ölüb.
Hadisəni törədən şəxsin saxlanılması ilə bağlı əməliyyat aparılır.
İnsidentin başvermə səbəbi və təfərrüatı açıqlanmır.