Bu gün:


Çin də kamikadze dronlarını Rusiyaya göndərir

Tarix: 24.02.2023 / 10:51  •   Oxundu: 188 dəfə  •  

Rusiya Çinin “Xian Bingo İntelligent Aviation Technology” şirkəti ilə zərbə dronları almaq üçün danışıqlar aparır.
İdealmedia.az​​​ xəbər verir ki, bu barədə “Spiegel” nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Pekin və Moskva aprelin əvvəlində təhvil veriləcək 100 zərbə PUA-sının alınması ilə bağlı danışıqlar aparır:
“Şirkət 100 ədəd “ZT-180” PUA-sını 2023-cü ilin aprel ayına qədər Rusiyaya təhvil verməzdən əvvəl hazırlayıb sınaqdan keçirməyə razılaşıb. “ZT-180” 35-50 kiloqram ağırlığında döyüş başlığı daşımağa qadirdir. PUA-nın dizaynı İranın “Şahid 136” kamikadze dronu ilə oxşardır”.