Bu gün:


VÜQAR SƏFƏRLİ İLƏ ATA ABDULLAYEV BİR-BİRİNİ QANA BOYADI

Tarix: 26.03.2023 / 17:09  •   Oxundu: 279 dəfə  •  

17 saylı cəza çəkmə müəssisəsinin  Tibb Sanitar Hissəsində "(TSH)" aylığı 500 manata icarədə qalan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "(KİVDF)" icraçı direktoru Vüqar Səfərli ilə videobloger Ata Abdullayev arasında iğtişaş baş verib. 

İDEAL – a həbsxanadan verilən məlumata görə mübahisə Tibb Sanitar Hissəsində digər məhkumların iştirakı ilə baş verib. 

Siyasi diskussiya zamanı Ata Abdullayev Vüqar Səfərlinin qəzet köşklərində qadın alt paltarları, qatıq, vazelin, şor satdırmaqda ağası Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun qapançı olduğunu, rekert jurnalistikasının professoru, həmçinin əxlaqsızlıqda və dələduzluqda ittiham edib. Vüqar Səfərli isə Ata Abdullayevi sukalıqda , anası Şeyla Yusifovanı fahişəlikdə və.s ifadələrlə təhqir etmişdir. 

Tərəflər arasındakı söyüşlər axırda əlbəyaxa dava ilə davam etdirilib. Hər iki tərəf müxtəlif bədən xəsarəti alıb. Hadisə yerinə müəssisənin əməkdaşları o cümlədən rəis Şəfahət İbrahimov və onun müavini Emin Məmmədov yaxınlaşıblar. Vüqar Səfərlini və Ata Abdullayevi iyirmi  dəqiqə müvəqqəti saxlama təcridxanasına aparılır və 10-15 dəqiqədən sonra rəis onları qəbul edir. Şəfaət Abbasov hər iki tərəfi   kabinetina apartdırıb, uzun danışıqlardan sonra problemi ört-basdır etdirmək məqsədilə hər iki tərəfin üzərinə 3000 min manat cərimə yazdırmışdır.

Bu gün səhər saatlarında Ata Abdullayevin anası cəzaçəkmə müəssisəsinə getmiş, rəis Şəfaət Abbasovu nalayiq söyüşlərlə təhqir etmiş və Ata Abdullayevin  cəzaçəkmə müəssisəsin də  olduğu müddətdə rəisə  verdiyi 30 min manatdan artıq pulu geri tələb edib.

 Faktla bağlı Şəfaət Abbasova telefon açdıq. İDEAL-ın adını eşidən kimi Şəfaət Abbasov telefonunu birdəfəlik söndürdü.

Qeyd edək ki, Ata Abdullayev bu günə kimi 12-dən çox xanımla VVAQ-dan kənar ailəvi görüşə çıxmışdır ki, bunun özü qanunsuz və cinayətdir.

Mövzu diqqətimizdədir

Polad Musayev