Bu gün:


XİN-dən İranda yoxa çıxan azərbaycanlı tələbə ilə bağlı açıqlama

Tarix: 27.03.2023 / 12:32  •   Oxundu: 79 dəfə  •  

İranda itkin düşən azərbaycanlı tələbə Fərid Qabil oğlu Səfərlidən məlumat yoxdur.
Bunu İDEALMedia.az - a  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, rsəmi Bakı Tehrandan cavab gözləyir.

"Buna görə də, axtarışlarda son durumla bağlı məlumat yoxdur", - deyə o qeyd edib.
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.