Bu gün:


Bakını bir-birinə qatan tələbə xəstəxanaya yerləşdirildi

Tarix: 10.04.2023 / 10:54  •   Oxundu: 157 dəfə  •  

IDEAL-ın əldə etdiyi məlumata görə, saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilən Raufun psixoloji problemlərinin olması müəyyən edilib. Onun həkim nəzarətində saxlanılmasına qərar verilib.
Baş Dövlət Yol Polisi İdarəsindən məlumatı “Qafqazinfo”ya təsdiq ediblər. 
O da məlum olub ki, orta məktəbi yüksək nəticələrlə bitirən Rauf Cabbarbəyli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsidir.
Rauf Cabbarbəylinin dünən Azadlıq meydanı yaxınlığında çılpaq soyunaraq sükan arxasında əyləşməsi və oradan başlayaraq avtomobili arxa-arxaya sürdüyü bildirilib. Həmçinin R.Cabbarbəylinin hadisə vaxtı narkotik vasitənin təsiri altında olması iddia edilib.