Bu gün:


Bakıda İstintaq Təcridxanasında saxlanılan şəxsin evində tapança aşkarlanıb

Tarix: 10.04.2023 / 11:31  •   Oxundu: 181 dəfə  •  

Bakıda İstintaq Təcridxanasında saxlanılan şəxsin evində tapança aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, polis və Ədliyyə Nazirliyinin İstintaq Təcridxanası əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə tutulan Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Novruz Həbibovun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oradan “TT CCT” markalı tapança aşkar olunaraq götürülüb.