Bu gün:


Körpəsini öldürən ananın dəhşətli ifadəsi - “Özümə baxmağa vaxt qalmırdı”

Tarix: 11.04.2023 / 12:42  •   Oxundu: 76 dəfə  •  

Bakıda 1 yaşlı körpəsini boğaraq öldürməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın məhkəməsi keçirilib.

İDEAL xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktını elan edilib. 

Məlum olub ki, Nərgiz Bağıyeva özünə daha çox vaxt ayırmaq üçün uşağını öldürmək qərarına gəlib. O, azyaşlının yeməyinə zəhər qatıb və daha sonra uşağın ölməsi üçün evdən çıxıb. Nərgiz Bağıyeva aptekdən uşaq bezi alaraq geri qayıdanda körpənin ağzından köpük gəldiyini, lakin ölmədiyini görüb. Bundan sonra uşağı boğaraq öldürüb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib. Nərgizin vəkili məhkəməyə ərizə təqdim edərək onun uşaq evində böyüdüyünü, analıq qayğısından məhrum olduğunu bildirib.