Bu gün:


Rusiyalı aktrisa faciəvi şəkildə öldü

Tarix: 11.04.2023 / 16:26  •   Oxundu: 103 dəfə  •  

Rusiyanın teatr və kino aktrisası, dublyaj ustası Yelena Şulman faciəvi şəkildə ölüb.
İDEAL xəbər verir ki, bədbəxt hadisə Sankt-Peterburqda baş verib.
Belə ki, 53 yaşlı aktrisa dayanacağa yaxınlaşan troleybusun yoluna çıxıb və nəqliyyat vasitəsinin altında qalıb.
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Şulmanın həyatını xilas etmək mümkün olmayıb. 
Qeyd edək ki, sənətçi 600-dən çox layihədə rol alıb.