Bu gün:


Bakıda gənc motosikletçini avtomobil vurub

Tarix: 12.04.2023 / 10:52  •   Oxundu: 76 dəfə  •  

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
IDEAL bildirir ki, 1997-ci il təvəllüdlü Məşədiyev Nicat Hikmət oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.