Bu gün:


42 yaşlı usta faciəvi şəkildə öldü

Tarix: 17.04.2023 / 12:04  •   Oxundu: 233 dəfə  •  

İDEAL xəbər verir ki, Dağ Kəsəmən kənd sakini, 1981-ci il təvəllüdlü İsmayılov Rasim Aslan oğlu yük avtomobilinin nasaz hava yastığını təmir edərkən partlayış olub.
Hava yastığının partlaması nəticəsində R.İsmayılov faciəvi şəkildə ölüb.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov İDEAL-a bildirib ki, hadisə Bakı-Qırmızı Körpü avtomagistralının Qazaxın Yuxarı Salahlı kəndiindən keçən hissəsində  baş verib: “1 nəfərin bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub, "Mercedes" markalı yük avtomobilinin hava yastığını təmir edən Ağstafa rayon sakini, 1981-ci il təvəllüdlü Rasim İsmayılov hava yastığının partlaması nəticəsində təkərlə yük yerinin arasında qalması nəticəsində ölüb. Faktla bağlı Rayon prokurorluğunda araşdırmalar davam etdirilir”.