Bu gün:


Ehtiyatda olan hərbçilərimiz orduya çağırıldı

Tarix: 18.04.2023 / 11:59  •   Oxundu: 108 dəfə  •  

Bu barədə İDEAL-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.
Hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.