Bu gün:


Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib

Tarix: 21.04.2023 / 13:26  •   Oxundu: 101 dəfə  •  

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib.
İDEAL paylaşımı təqdim edir: "İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!"