MÜBARƏK AY DAXİL OLDU !
Tarix: 14.04.2021 / 10:28 •
Oxundu: 182 dəfə •
Mübarək Ramazan ayının fəzilətlərini Məsumların (ə) dilindən eşidək.
Hərət Peyğəmbər (s) buyurur: “Ramazan ayı Allahın ayıdır və o elə aydır ki, Allah onda həsənələri artırar, günahları pak edər və o, bərəkət ayıdır”.
İmam Sadiq (ə) buyurur: “Hər kim Ramazan ayının bir gününü (üzrü olmadan) yeyərsə, iman ruhu ondan ayrılar”.
İmam Əli (ə) buyurur: “Ramazan ayı – Allahın ayıdır, Şəban – Peyğəmbərin (s) ayıdır, Rəcəb- mənim ayımdır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan elə aydır ki, əvvəli rəhmət, ortası bağışlanma, sonu cəhənnəm atəşindən azad olmaqdır”. (Beytutə saytı)
HəzrətPeyğəmbər (s) buyurur: “Ramazan ayının ilk gecəsində səmanın qapıları açılar və son gecəsinə qədər bağlanmaz”.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allah bəndəsi bilsəydi ki, Ramazan ayında (hansı bərəkətlər) vardır, istəyərdi ki, bütün il boyu Ramazan ayı olsun”.
İmam Sadiq (ə) buyurur: “(Əməlin hesabının) başlanğıcı Qədr gecəsidir. O gecədə gələcək ilin proqramı yazılar”.
İmam Sadiqə (ə) sual verirlər ki, Qədr gecəsi necə min gecədən daha üstündür? Həzrət (ə) buyurur: “O gecədəki yaxşı əməllər, Qədr gecəsi olmayan min ayın əməllərindən daha yaxşıdır”.
İmam Sadiq (ə) buyurur: “Orucun təkmili zəkat verməklədir, yəni fitrə. Həmçinin Peyğəmbərə (s) salavat göndərmək – namazın kamalıdır (təkmil edicisidir)”.
İmam Baqir (ə) buyurur: “Hər şeyin baharı vardır və Quranın baharı – Ramazan ayıdır”.
İmam Rza (ə) buyurur: “Hər kim Ramazan ayında Allah Kitabından bir ayə oxuyarsa, sanki başqa aylarda bütün Quranı oxumuş kimi olar”.