Bu gün:


FHN-in toya gedən 20 əməkdaşı işdən çıxarıldı - Generaldan ƏMR

Tarix: 22.04.2023 / 13:15  •   Oxundu: 118 dəfə  •  

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin xeyli sayda əməkdaşı işdən çıxarılıb.
 
İDEAL xəbər verir ki, onları işdən FHN-in Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinova azad edib.
Belə ki, idarənin 20 əmədaşı guya işlərində verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər. 20 əməkdaşdan 3-ü yüksək rütbəli zabit və idarənin vəzifəli şəxsləridir.
Məlumata görə, onların işdən çıxarılmasına səbəb toy mərasimində iştirak etmələri olub.