Münaqişələrin davam etdiyi Sudandan Avropa İttifaqı (Aİ) vətəndaşlarının və diplomatların təxliyyəsinə başlanıldığı açıqlanıb.
İDEAL xəbər verir ki, Avropa Şurasının sədri Şarl Mişel sosial media hesabından verdiyi açıqlamada ilk təxliyələrin paytaxt Xartumdan başladığını bildirilib.
Xatırladaq ki, münaqişə başlayandan sonra İrlandiyanın Aİ-nin Sudandakı səfiri Aydan O'Haranın öz iqamətgahında hücuma məruz qaldığı bildirilib. Aİ-nin Sudandakı Humanitar Yardım Missiyasının rəhbəri belçikalı Vim Fransenin də silahlı hücumda yaralandığı açıqlanıb.
Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurma ikinci həftəsinə daxil olub. 15 apreldə başlayan paytaxt Xartum və digər şəhərlərdə baş verən qarşıdurmalarda 413 nəfər həyatını itirib, 3551 nəfər isə yaralanıb.