Ötən gün Biləsuvarda yaşayış binasındakı partlayış zamanı vəfat edən şəxsin kimliyi müəyyən olub.
Rayon prokurorluğundan IDEAL-a verilən məlumata görə, axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.
Bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilmişdi. Hazırda onların müalicəsi davam edir.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.