Bu gün:


Media qanunvericiliyinin pozulmasına görə yeni cərimələr qüvvəyə mindi

Tarix: 25.04.2023 / 11:17  •   Oxundu: 93 dəfə  •  

Media haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib.
İDEAL xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.
Məcəlləyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək.