Prezident Vladimir Putinin mümkün həbsi və Nikol Paşinyan hökumətinin NATO ilə hərbi təlimlərdə iştirak etmək qərarı ilə bağlı bəyanatlarından sonra Kreml Ermənistan hakimiyyətinə təzyiqlərini artırmağa davam edir.
"Rosselxoznadzor"un "keyfiyyətsiz xammal" aşkar etdiyi Ermənistan süd məhsullarının idxalına qoyulan qadağadan sonra Rusiya Ermənistandan yük maşınlarının ölkəyə girişinə qadağa qoyub.
İDEAL verir ki, bunu cümə axşamı parlamentin "Ermənistan" fraksiyasının üzvü Qarnik Danielyan bildirib.
Onun sözlərinə görə, bu barədə məlumat bir neçə gündür Gürcüstanla sərhəddən Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarını idxal edə bilməyən sürücü və fermerlərdən daxil olub.
"Gürcüstan bildirir ki, Rusiya tərəfi erməni yük maşınlarının ölkəyə girişini qadağan etmək qərarına gəlib”, - Danielyan Facebook-da yazıb.
"İstixanalara böyük ziyan dəyə bilər. Qarşıdakı aylarda isə ərik və digər meyvələrin mövsümü başlayanda kənd təsərrüfatının bu sahəsi tamamilə təhlükə altında ola bilər”, - Danielyan xəbərdarlıq edib.
Aprelin 22-də başlayan və Ermənistan hərbçilərinin də iştirak etdiyi NATO-nun "Defender-23” təlimləri fonunda İrəvanla Kreml arasında münasibətlərdə yeni pisləşmə dalğası baş verib.
10 Avropa ölkəsinin ərazisində keçiriləcək manevrlərə 17 min texnika, 9 min ABŞ hərbçisi və müttəfiq və tərəfdaş ölkələrdən daha 17 min əsgər cəlb olunacaq. Onların arasında Ermənistandan başqa daha iki NATO üzvü olmayan dövlət də var - Moldova və Bosniya və Herseqovina.
İki il əvvəl Ermənistan NATO təlimlərində iştirakdan imtina etsə də, bu dəfə Azərbaycanla Qarabağ münaqişəsində Paşinyana dəstək verməkdən imtina edən Kreml və KTMT ilə münasibətlərin soyumasından sonra mövqeyini dəyişib.
Yanvarda Ermənistan öz ərazisində KTMT təlimləri keçirməyəcəyini bəyan edib, iki ay sonra isə təşkilatın baş katibinin müavini postuna verilən kvotanı rədd edib.