Bu gün:


Ermənistanda Paşinyana dəstək aksiyası

Tarix: 09.12.2020 / 17:45  •   Oxundu: 99 dəfə  •  

Ermənistanın Aparan şəhərinin və Aparan rayonunun 7 kəndinin sakinləri Ermənistanın Baş naziri Nikol Paşinyana dəstək məqsədilə şəhərdə aksiya keçirir.
Onlar Aparan icma rəhbərlərinin Paşinyana qarşı çıxmasına etiraz edib.
“Onlar xalqın adından danışa bilməzlər. Aparan şəhərinin özünə hörmət edən heç bir sakini Nikola qarşı çıxmaz. Heç kəs xalqın adından danmağa cəsarət etməsin. Biz Nikolun yanındayıq”, - aksiya iştirakçılarından biri bildirib.
Digəri isə deyib ki, icmaların rəhbərləri xalqın xəbəri olmadan Paşinyanın istefasını tələb ediblər. Buna görə də aksiya iştirakçıları kənd başçılarının istefasını tələb etməyə başlayıblar.
Onlardan biri, dünən baş nazirin istefasını tələb edən Şenavan kəndinin başçısı Artur Mkrtçyan həmkəndlilərinin yanına gəlib və öz hərəkətlərinə görə üzr istəyib.