Bu gün:


İsmayıllı məktəbində DƏHŞƏT: şagird ikinci mərtəbədən yerə çırpıldı - YENİLƏNİB

Tarix: 03.05.2023 / 10:50  •   Oxundu: 105 dəfə  •  

İsmayıllıda məktəb binasından yıxılan şagirdlə bağlı Regional Təhsil İdarəsi münasibət bildirib.
İdarənin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anar Osmanov İDEAL-a açıqlamasında hadisənin prokurorluq tərəfindən araşdırıldığını deyib:
"Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Şagird Yeganə Məhəmməd qızı Rüstəmovadır. Xəstəxanada şagird hələlik qapalı saxlanılır, otağa heç kəs buraxılmır. Hadisənin səbəbləri məlum olduqdan sonra ətraflı məlumat veriləcək".
10:17
"Məktəb binasından yıxılan qız Bakıya gətirilib". 
Bu sözləri İDEAL-a İsmayıllı rayonu Kürdmaşı kənd bələdiyyə nümayəndəliyində bildirilib. 
Verilən məlumata görə, hazırda uşağın vəziyyəti normaldır:
"Uşağın vəziyyəti qənaətbəxşdir. Valideynləri müayinə üçün Bakıya aparıb. Başqa bir məlumat yoxdur".
09:53
İsmayıllıda şagird qız məktəb binasından yıxılıb.
İDEAL-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Kürdmaşı kəndində yerləşən orta məktəbdə qeydə alınıb. Burada 9-cu sinifdə təhsil alan 15 yaşlı qız məktəbin 2-ci mərtəbəsindən yıxılaraq, xəsarətlər alıb.
Hadisənin ehtiyatsızlıqdan baş verməsi və ya intihar olması hələlik dəqiq bilinmir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.