Bu gün:


'Azəriqaz' İŞÇİSİ ÇƏTİN DURUMDA - MÜRACİƏT

Tarix: 03.05.2023 / 11:40  •   Oxundu: 117 dəfə  •  

İDEAL: - "Xəstəliklə əlaqədar mən yanvardan bugünədək nə maaş, nə də ki bületen pulu aliram". İDEAL bildirir ki, bunu öz şikayətində "Azəriqaz" ın işçisi Allahverdi Nağı bildirib.

Narazı işçi daha sonra deyir: "Yaxinlarda "Azəriqaz"ın Baş Direktoru cox hörmətli Ruslan Əliyev çənablarinin adina bununla bağlı rəsmi müraciət etdim. Xahiş etdim ki, bülleten pullarını verə bilmirsənsə, hec olmasa, yardım verin.

Həmin ərizəmi götürüb göndəriblər "Azəriqaz"ın sosial şöbəsinə... Onlarla da telefonla əlaqə saxladım, mənə bildirdilər ki, bizdə elə şey-zad yoxdur... . Yaxşi bunu bildim bilmədiyim bir şey var ki kreditimin vaxtı çatıb, bəs mən nə edim?"

İddia olunanlarla bağlı İDEAL olaraq qarşı tərəfi də dinləməyə hazırıq...