Prezident Cənab İlham Əliyevin Poçtuna
Baş Prokuror Cənab Kamran Əliyevin, Daxili İşlər Naziri Cənab Vilayət Eyvazovun ünvanına...
Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə edilmiş çoxsaylı şikayətlərin tədbirsiz və açıq qalması zərərçəkmiş vətəndaşlarımızın narazılıqlarına səbəb olmaqla yanaşı, etimadsızlıq mühitinin dərinləşməsindən dolayı İDEAL-a daxil olmuş “ŞİKAYƏT” məktublarının bir qismini diqqətinizə çatdırırıq:
1.Bakı Şəhəri, Nərimanov rayon sakini İbrahimov Əlinovruz Dərgah oğlu öz şikayətində bildirir ki:” Bəşir Səfəroğlu küçəsi 95 ünvanında yaşayan Qurbanov Rauf Şahlar oğlu və onun Ədliyyə Nazirliyi Penitensiar Xidmətində işləyən oğlu Qurbanov Tural Rauf oğlu Dərbəndin sabiq meri, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Xanım Paşayevanın qudası Qurban Qurbanovun adından və fotosundan istifadə edərək “vəzifəyə təyinetmə,Özəl klinika,Ali Məktəb lisenziyasının alınması, Vergidən azadetmə imtiyazının verilməsi”... və.s, adlar altında 200.000 (iki yüz min) manat almış, əməllərini rəsmi və qeyri-qanuni şəkildə təsdiqləmişlər.
Qurbanov Rauf və ailə üzvüləri törətmiş olduqları bütün qanunsuzluqları universal ssenari üzrə digər araçılar vasitəsi və köməkliklərilə başa çatdırmağa müvəffəq olmuşlar.
Bu sıralamada Abşeron Rayonun sapıq İHB-sı İradə Gülməmmədova yanında və hazırda Abdin Fərzəliyevin böyründə yer almış “İctimai Şura” başçısı Elçin Quliyev, sabiq Polis zabiti və hazırda Qubadlı Rayon İHB-sı Malik İsakovun dayisı oğlu Feruz Babayev,Zərifə Babayeva və digər şəxslərin adları qırmızı xətlə keçir!
Apardığımız araşdırmalar nəticəsində oda məlum olmuşdur ki, Rauf Qurbanovun bu və ya digər kriminallar üzrə Nərimanov,Nəsimi,Yasamal Rayon Polis idarələrində Vətəndaşların şikayətləri üzrə heç bir tədbir görülməmiş,əksinə haqq qazandırmışlar.
2. Abşeron Rayonu Aşağı Güzdək qəsəbə sakini Qasımov İsa Umudvar oğlu və Qobustan Rayonu Bədəli kənd sakini Seyidov Qton İnkişaf oğlunun etmiş olduqları şikayətin annotasiyasını diqqətinizə çatdırırıq: “Azinşaat Sənaye” ASC yə məxsus Bakı şəhəri Binəqədi qəsəbəsi 1288 keçiddə yerləşən sahəni icarə müqaviləsi əsasında icarəyə götürüb sahibkarlıq fəaliyyətilə məşğul olurkən ASC rəhbəri Pənahov Məhərrəmli ilə icarə müqaviləsi bağlamışıq. Bağlanmış icarə müqaviləsinin müddəti 2022-ci ilin sonunda bitir.
Dövlətimizin Sahibkarlara açılacaq maneəsiz qapılar müjdəsinə inamdan dolayı Bankdan böyük məbləğdə
Kapital götürüb Xarici ölkələrdən modern avadanlıqlar almaqla yanaşı, ixtisaslı mütəxəssislər dəvət edib, yerli kadralara treninqlərin keçirilməsinə qədər lazımi prosedurlara imza atmışdıq ki.....
Bizimlə müqavilə bağlanmış Pənahov Məhərrəmli 2021-ci ilin avqust ayında bildirdi ki, obyekti 6.000000 (altı milyon) manata “FAB Boya və Kimya Sənayesi” MMC-yə satmışıq.
Alıcı tərəfdə bunu təsdiq etmişdir.
“Azinşaat Sənaye” ASC-in və “FAB Boya və Kimya Sənayesi” MMC –in rəhbərlərinə icarə müqaviləsinin müddətinin hələ başa çatmaması səbəbindən icarəyə verilmiş yerin başqa şəxs və ya şəxslərə sata bilməməsi qaydalarından bəhs edərkən, onlar ironik şəkildə hansı ölkədə yaşadığımızı xatırladaraq, qanundan və insanlıqdankənar, qaranlıq üsullarla, təhdid və təzyiq yoluyla bizimlə milyonlar hesabına quraşdırdığımız sexlərimizə girişə qadağan qadağan qoydurmuşlar: Nəqliyyat vasitələrinin girişi bağlanmış, elektrik verilişi dayandırılmış, su xətti kəsilmişdir. Bir sözlə bütün fəaliyyətimiz deformasiyaya uğradılaraq, iflic edilmişdir.
Dəfələrlə “Azinşaat Sənaye” ASC- in və “FAB Boya və Kimya Sənayesi” MMC –in rəhbərlərilə görüşüb, haqsızlıqlara son verilməsini , qanunlara, Dövlətçilik İdeallarına, İnsanlığa hörmət etmələrindən bəhs edərkən onlar Bizi nəlayiq küçə söyüşlərilə təhqir edərək, şərlədib tutduracaqları ilə təhdid etmişlər.
Görüşlər zamanı “FAB Boya və Kimya Sənayesi” MMC rəhbərləri açıq tekstlə Şirkətin Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya məxsusluğunu iddia etmişlər.
Hazırda işlərimiz tam dayanmış, qəbul etdiyimiz sifarişlər yarımçıq qalmış, işçilərin əmək hqalarını ödəyə bilmirik, nə bankdan götürdüyümüz krediti, nə borc aldığımız ayrı-ayrı şəxslərin borclarını qaytara bilmirik.
3. Bakı şəhər sakinləri Mövsumova Səbinə Salman qızı, Albukayr Revanur Ağahəmid qızı, Allahverdiyeva Şəfəq Məmmədrza qızı etdikləri şikayətdə bildirir: “Məmur-oliqarxların himayə etdiyi “Gold X Lady sağlamlıq mərkəzinin” rəhbəri Xanım Qurbanova Bizim etibarımızdan sui-istifadə edərək, Loteria oyunu adı altında pullarımızı alaraq qaytarmır və yüksək çinli məmurların adlarından istifadə edərək Bizə hədə-qorxu gəlməkdədir. Xanım Qurbanovanın qanunsuz əməllərindən dolayı DİN –in 102 çağrı xidmətinə etdiyimiz şikayətlər üzrə Bakı Şəhəri Nəriman Rayonu 17-18-ci Polis Bölmələrində yazdığımız izahatlardan sonra, nəinki hansısada irəliləyiş, əksinə hüquq-mühafizə Orqanlarının adından təzyiqlər artmağa başladı.
Məmurların arxalıq etdiyi Xanım Qurbanovaya həmin pulları “MilliÖn” vasitəsilə ödəmişik, Ramiz Alışovun kartına. Təkzibedilməz arqumet-faktlar kifayət qədər olsa da, fundamental Konstitusion hüquqlarımızın bərqərar olunmasından ötrü, Sizin göstərişinizə və nəzarətinizə ciddi ehtiyac vardır.
4. Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Püsyan kənd sakini faktiki olaraq Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Əzim Əzimzadə 27 ünvanında yaşayan Quliyeva Firəngiz Müseyib qızının şikayətində deyilir: “Özünü Təhsil Nazirliyinin Kadrlar İdarəsinin rəis müavini kimi təqdim edən, Goranboy rayonu, Qızılhacılı qəsəbə sakini Eminov Neyman Bayram oğlu mənim məhkəmə və polis orqanlarında olan işlərimin həll etməsi və övladımın təhsil sistemində işə qəbul edilməsi üçün ümumilikdə 3200 manat pulu alıb verdiyi vədi yerinə yetirməmiş aradan çıxmışdır.
5. Xətai rayonu, Nəximov küçəsi 2-ci döngə, 114 C ünvanında yaşayan Qasımova Gülnab Muxtar qızı şikayətində bildirir: Özünü vəkil kimi təqdim edən Salahov Məhəmməd Rza oğlu mənim problemimi həll etməsi üçün saxta müqavilə bağladıqdan sonra ilkin olaraq 267 AZN, daha sonra isə 700 AZN almışdır. Lakin müqavilə bağlanıldığı aydan mart ayına qədər mənə bir dəfə də olsun zəng vurub problemimlə maraqlanmamışdır. Verdiyim pulları geri tələb etdikdə isə müxtəlif bəhanələrlə məni aldatmış, pullarımı isə geri qaytarmamışdır. Bütün bunlar isə məhz Dövlət adından həyata keçrilmişdir. Mən biləndə ki, Məhəmməd Salahov Vəkillər Kollegiyasının üzvü deyil, ümumiyyətlə hüquqşünas deyil maklerdir, dərhal DİN-in 102 çağrı xidmətinə zəng vursamda problem öz həllini tapmamışdır.
İnci Osmanqızı