Bu gün:


Elçindən yeni xəbər var

Tarix: 09.12.2020 / 18:09  •   Oxundu: 82 dəfə  •  

Döyüşlərdə yaralanaraq ürəyinə yaxın yerdə qəlpə daşıyan qazimiz Elçin Səmədovdan xəbər var. O, hazırda müalicələrini davam etdirir.
Qazinin anası Vüsalə xanım Elçinin əməliyyat olunması ilə bağlı da açıqlama verib:
"Həkimlər əməliyyatla bağlı deyirlər ki, bədən hələ hazır deyil, Elçini əməliyyata hazırlayırıq. Güclü nevroloji müalicələrə başlanılıb. Oğlumun çənəsində qəlpələr var. Bir neçə günə çıxarılmalıdır. Dərində olan qəlpələr isə əməliyyat prosesində çıxarılacaq. Əməliyyatın dəqiq nə vaxt olacağı barədə hələki məlumatımız yoxdur ".
Qeyd edək ki, qazimiz Bakıda, Papanin Hospitalında əməliyyat olunacaq