İdman məktəblərində kimlərin məşq keçə biləcəyi AÇIQLANDI
Tarix: 04.05.2023 / 12:57 •
Oxundu: 100 dəfə •
İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlanıb.
Elm və Təhsil Nazirliyindən İDEAL-a bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman və idman-şahmat məktəblərində məşqçi-müəllimlərin işə qəbulu “Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası” nın (hissə 77) tələblərinə uyğun olaraq tənzimlənir.
Belə ki, məşqçi-müəllimlər təlim-tərbiyə metodlarını, idmanla məşğul olanların fiziki hazırlıq səviyyəsini, idman məşqlərinin aparılma metodlarını, təhlükəsizlik texnikası qaydalarını, sanitar-gigiyena normalarını, ilk tibbi yardımın göstərilməsi qaydalarını bilməlidirlər.
Həmçinin ödəniş dərəcələrinə ixtisas tələbləri da mütləqdir. Həmin tələblər aşağıdakılardır:
– 8-ci dərəcə: ümumi orta təhsil və “İdman ustası” adı;
– 9-cu dərəcə: orta ixtisas təhsili və 5 ilə qədər iş stajı;
– 10-cu dərəcə: orta ixtisas təhsili və 5 ildən az olmayaraq iş stajı və ya ali bədən tərbiyəsi təhsili və 5 ilə qədər iş stajı;
– 11-ci dərəcə; ali bədən tərbiyəsi təhsili və II ixtisas kateqoriyası;
– 12-ci dərəcə: ali bədən tərbiyəsi təhsili və I ixtisas kateqoriyası;
– 13-cü dərəcə: ali bədən tərbiyəsi təhsili və yüksək ixtisas kateqoriyası; və ya rəhbərliyi altında iki və daha çox məşqçi-müəllim çalışdıqda və ayrı-ayrı idman növləri üzrə metodiki rəhbərlik etdikdə – baş məşqçi-müəllim.
– 14-cü dərəcə: ali bədən tərbiyəsi və ya orta ixtisas təhsili və “Azərbaycan Respublikasının əməkdar məşqçi-müəllimi” fəxri adı olan idman üzrə məşqçi-müəllim və ya baş məşqçi-müəllim.
Qeyd edək ki, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə F.Bakarov aprelin 29-da Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov həbs olunub.