Ana bətnində körpənin beynində əməliyyat aparılaraq ölümcül xəstəlikdən xilas edildi...
Tarix: 09.05.2023 / 09:18 •
Oxundu: 119 dəfə •
"Belə anomaliya 60 min körpədən birində rast gəlinir..."
"Bu anadangəlmə xəstəlik ürək-damar sistemini xeyli yükləyir, bu da ürək çatışmazlığına, ağ ciyər və ürək arteriyalarında hipertoniya yarada bilər..."
ABŞ Boston uşaq xəstəxanası və Briqam qadın xəstəxanasının cərrahları ilk dəfə olaraq ana bətnində körpəni əməliyyat edib və hələ dünyaya gəlmədən onun baş beyninin ciddi inkişaf qüsurunu müalicə edib.
İDEAL xəbər verir ki, bu barədə "Science Alert" elmi-populuar onlayn jurnalı yazıb.
Hamilə pasiyetin növbəti müayinəsi zamanı həkimlər körpədə Qalen venasının arterial-venoz malformasiyası adlanan damar anomaliyasını aşkar edib.
Bu anadangəlmə xəstəlikdə arteriyalarla venalar arasında birbaşa şuntlar olur, bu şuntlarla arterial qan yüksək təzyiqlə beyin maddəsinin kapilyar yatağından yan keçməklə birbaşa venalara vurulur.
Bu, o deməkdir ki, venada qan axını normadan çox olur. Belə anomaliya 60 min körpədən birində rast gəlinir.
Belə təhlükəli xəstəlik ürək-damar sistemini xeyli yükləyir, bu da ürək çatışmazlığına gətirib çıxara, ağ ciyər və ürək arteriyalarında hipertoniya yarada bilər.
Beyinə əlavə yük səbəbindən bu patologiya beynin xeyli zədələnməsinə, nəticədə nevroloji və koqnitiv pozuntulara və körpənin psixomotor inkişafının ləngiməsinə gətirib çıxara bilər.
Həmçinin arterial-venoz malformasiyasında körpələr arasında ölüm halları yüksək olur.
Adətən körpə doğulduqdan sonra o, embolizasiya metodu ilə müalicə edilir. Bu zaman cərrahlar venaya xüsusi material yerləşdirib onu blok edir. Bu, qanın laxtalanmasına kömək edir və bununla da onun hərəkətinə mane olur. Lakin körpənin vəziyyəti kəskin pisləşə bilər.
Boston uşaq xəstəxanasından neyrointervension radioloqu Darren Orbax və onun həmkarları körpə doğulmamışdan öncə embolizasiya prosedurunun aparılması imkanını dəyərləndirmək məqsədilə kliniki tədqiqat aparıb.
Onların ilk pasiyenti 34 həftə və iki günlük hamiləlikdə döl olub, prosedur zamanı onlar ultrasəsdən istifadə edib.
Prosedur uşaqlıqda döl qişalarının dağılmasına səbəb olub, lakin körpə dünyaya gələndə onun ürək-damar sistemi normal fəaliyyət göstərib.
Doğuş vaxtından əvvəl baş verdiyindən körpə bir neçə həftə yenidoğulmuşların intensiv terapiya şöbəsində qalıb, bu müddət ərzində həkimlər beynin vəziyyətini müşahidə etməkdə davam edib.
Eyni zamanda körpənin əlavə dərmanlara və ya cərrahi müdaxiləyə ehtiyacı olmayıb. Həkimlər heç bir nevroloji pozuntu əlamətlərini aşkar etməyib, ona görə də ana körpəsi ilə xəstəxanadan evə yazılıb.
"Altı həftəlik körpənin yaxşı inkişaf etdiyi və dərman qəbul etmədiyi barədə məlumat verməyimə çox şadam. Beyinə mənfi təsirin heç bir əlamətləri yoxdur", - bunu doktor Daren Orbax bəyan edib.
Davam edən kliniki sınaqda ilk pasiyent olduğuna görə bu metodikadan hələlik geniş istifadə etmək mümkün deyil. Lakin alınmış nəticələri həkimlər çox ümidverici hesab edir.
"Bir uğurlu hal bunun qanunauyğun olduğunu deməyə əsas vermir. Ola bilsin ki, gələcəkdə belə müalicə o qədər də yaxşı keçməsin, ona görə də prosedurun bütün risklərini hələ aydınlaşdırmaq lazım gələcək", - həkimlər dəqiqləşdirib.