Bu gün:


Nazim İdeal: Tarixin yaddaşı, yaddaşımın yaşıdı!

Tarix: 17.12.2021 / 15:50  •   Oxundu: 293 dəfə  •  

Ədliyyədə vandalizm və totalitarizm ehtirasları.

 Yazdıqlarımla kimdənsə, hansısa bir dövlət müəssisəsindən kömək, tədbir görülməsi üçün cəsarət, müsəlmançılıq, kişilik gözləmirəm. Çünki mövcud hakimiyyətdə təmsil olunan əksər məmurlar, öz vəzifələrini dövlətin verdiyi cehiz,super market sauna, masaj salonu hesab edirlər. Bu baxımdan da aidiyyat üzrə müraciət olunan nazirlər,problemin həllini problem yaradanda gördüklərindən,onun üzərinə göndərirlər.Yaşadığımız məmləkətdə tam məsuliyyətlə deyə bilərəm ki,bir tək şou biznes deyilən zibilxanada bəzi telekanalizasiyalar və qəzetlər bu sahənin sakinlərinin hətta alt paltarlarını nümayiş etdirməklə öz, operativliklərini “sübutlayırlar”.

Ümumiyyətlə yazmaq istədiyim sahə şou biznesdən fərqli bir sahədir.Bu sahədə meyidi yarıb,daxili orqanlarını pişiyə yem edirlər. Ətindən qutab bişirirlər. Sahənin adı Ədliyyə Nazirliyinin PenitensiarXidmətin Tibb Baş İdarəsinin Müalicə Müəssiəsidir.Müalicə  Müəssisəsinin baş həkimi eks Azərabaycan KPMK-nin 1-ci   katibi Kamran Bağırovun bacısı oğlu Rəşad Dəmirovdur. Rəşad Dəmirov Kamran Bağırova görə yox, öz həyat yoldaşının   hesabına bu post hədiyyə edilmişdir. Ədliyyə Naziri Fikrət Məmmədovun ikinci həyat yoldaşı ilə Rəşad Dəmirovun həyat yoldaşı yaxın rəfiqədirlər. R.Dəmirov bu posta gəlməmişə qədər “dəri” şöbəsində məhkumlardan aylıq icarə haqqı alırdı.
    
Müalicə müəssisəsində dəmirov xəstəliyi.

O dövlət yaxşıdır ki, orada natiqlərdən daha çox qanuna qulaq asırlar. Ona görə də məmurların ritorik,yalançı çıxışlarından fərqli olaraq baş həkim Rəşad Dəmirov dəri həkimi olmağına görə deyil, ümumiyyətlə dəmirov xəstəliyinə düçar olmuşdur. Xəstəliyin yaranma səbəbləri aşağıdakılardır.

Müalicə Müəssisəsində  11 şöbə fəaliyyət göstərir: 1. əsəb. 2. Psix. 3. Dəri. 4. Narkaloji. 5.Terapiya. 6. Cərrah. 7. İnfeksiyon. 8.  Qadın. 9. İnzibati. 10. Rejim. 11. Qəbul. 

Hər bir şöbə Rəşad Dəmirov üçün həyatının mənasıdır. Rəşad Dəmirov qazandığı milyonları aylıq icarə haqlarından, çarpayıdan, döşəkdən, analiz üçün verilən sidikdən, dərman peraparatlarının satışından,görüşdən, cinsi istismardan və s. başqa həm də narkobaronları və “burjuları” sağkən dəli etməkdən qazanır. Dəlilik  statusuna yekun imza atan Respublikanın baş psixiatoru Bilal Əsədov olsa da, Bilal Əsədov üçün bu süfrənin düzülüşü Rəşad Dəmirov tərəfindən təşkil edilir ki, bu süfrənin ilkin düzülüb-qoşulması üçün 5.000 manat ödəyirsən. Bu tip məsələləri ümumirespublikda həyata keçirənlər barmaqla sayılacaq qədər azlıq təşkil edir.

Hüquqi proseduranı düzüb-qoşan Kamandar Nəsibov və Şamil Muxtarov adlı vəkillər təşkil edirlər. 

Müalicə Müəssəsində də dəliliyə hazırlıq sənədlərini Rəşad Dəmirovun göstərişlər ilə psix şöbəsinin müdiri Alik adlı həkim icra edir. Dəli olmağı arzulayan məhkumlarla vəkillər arasındakı körpünü  Müalicə Müəssisəsinin rəis müavini Şahkişi Bağırov təşkil edir. Hər bir məhkum bu xəttə baş vurarkən 20.000 manat hakimə, 5.000 manat  Müalicə Müəssəsinin baş həkimi Rəşad Dəmirova, 3.000 manat Müalicə Müəssəsinin rəis müavini  Şahkişi Bağırova dəllallığına görə, 20.000 – 30.000 manat isə Respublikanın Baş Psixatoru Bilal Əsədova ödəməli olur. Qeyd edim ki, Bilal Əsədov MTN-nin müavini Hilal Əsədovun qardaşıdır.

R.Dəmirov demişkən” Hilal tutur,Bilal buraxır”.Bu cür əməliyyatlar il ərzində 15-20 nəfərdən artıq olur. Ümumiyyətlə burada həyata keçirilən əməliyyatları dövlətin və Allahın xəbərsiz olduğu iş kimi də dəyərləndirmək olar. Çünki vəkil Kamandar Nəsibov bu Respublikada özünün dediyi kimi FHN  Kəmaləddin Heydərovun, BDYPİ-nin rəisi Ramiz Zeynalovun,  DİN  Vilayət Eyvazovun dostu və vəkili olduğu kimi, həm də Nadir Səlifovun (Quli), onun qardaşı Müşviq Səlifovun vəkili və onların ən aktiv “ paddelinikləri” olan Vidadinin dəlilik kağızı ilə azadlığa qovuşduran müəmmalı "vəkildir". Əlbətdə görünür ki, bu da dövlət siyasətidir.

Müalicə Müəssiəsində  bəzi məsələlərin detallarına varsaq,hər bir şöbədə xəstəliyindən asılı olmayaraq, birinci ay üçün 50 manat, ikinci ay üçün 100 manat,üçüncü ay üçün 300 manat  minumum hədd olaraq ödənilməsə müəssisəsinə qaytarılır.Əks təqdirdə xəstənin xəbəri belə olmadan, gəldiyi cəzaçəkmə müəssisəsinə  qaytarılır.Ay ərzində Müalicə Müəssisəsində  30-dan çox məhkum dünyasını dəyişir. Baxımsızlıq və sahibsizlik ucbatından baş verən ölüm halları cəzaçəkmə müəssisəsinin rəislərinin satdığı narkotikanın bolluğu, şprisin azlığı ucbatından Hepatit-C virusunun və eləcədə döyülmələrinə görə baş verən reallıqlarla bağlıdır.Ölən və öldürülən məhkumların taleyi isə ərazi üzrə Nizami rayon   inzibati orqanlarının kondominimuluqları (müştərək sahiblik ) ilə itirib- batırılır. Uduzan Azərbaycan dövləti, başsız qalan ailə və uşaq olsa da, udan Müalicə Müəssiəsinin baş həkimi Ədliyyə polkovnik-leytnantı Rəşad Dəmirov olur.

Baş həkimin mavi dünyası.

Ölkəmizin əksər dövlətin idealogiya yönətimini müəllifləri mavilər və fahişələrin olduğu Ədliyə Nazirliyinin Müalicə Müəssisəsindən yan keçməmişdir. Müalicə Müəssəsində həkim personalı və iş icraçılarının 70-80 %-i mavilərdən (kriminal aləmdə üzdəniraq deyillər) ibarətdir. Üzdəniraqların əksəriyyəti məhkumlar olmaqla sanitar adı altında,” xəstəlik tarixi” kitabçalarının doldurulması, məhkumlardan müayinə üçün qan, sidik, analizlərini götürüb laboratoriyaya təqdim etməsi və cavablandırılması,şöbələrin təmiz saxlanılması,şöbədə baş verənlərlə baş həkimi və müəssisə rəhbərliyini məlumatlandırılması, xəstə məhkumların müalicəsi üçün lazım olan profilaktik tədbirlərin görülməsi, məhkumların palatalarda yerləşdirilməsi,anatomik-potoloji halların təyinatçısı missiyasını həyata keçirilirlər. Ən “vacibi” isə dünyasını dəyişmiş məhkumların daxili orqanlarını pişiklərə yem edəndə elə üzdəniraq məhkum "həkimlərdir". Bu şəxs baş həkim Rəşad Dəmirova qardaş qədər doğma olan, əslən Bərdə rayonundan olan 11 sayılı cəzaçəkmə müəssəsinin məhkumu üzdəniraq Allahyar Xəlilov adlı məxluqdur. Meyidlərin daxili orqanlarını pişiklərə yem etdiyini Müalicə Müəssisəsində bilməyən Azərbaycanlı yoxdur. Ancaq qədir bilən xalqımızın müdrik övladları,pişiklərə də özləri qədər dəyər verdikləri üçün başlarını aşağı salıb, vərdişlərini davam etdirirlər. Üzdənirağın bu əməllərinə dözməyən bəzi məhkumlar baş verən vandalizm və manarxiya kəlməsinə embarqo qoyub. Hər gün baş verən vandalizm və manarxiya alçaqlığını heç Xocalıda erməni daşnakları törətməmişdir. Qisasçılıq və erməni mənşəlilik burada əməl göstəricisidir. Ona görə də baş həkim Rəşad Dəmirovun və rəis əvəzi Şahkişi Bağırovun kökünə nəzər yetirmək vacibdir. Üzdəniraqların həyatda sevdiyi,rəğbət bəslədiyi heç bir şey yoxdur.

Müalicə Müəssəsində erməni qayğısı.

Dünyada üç şey təhlükəlidir: bıçaq uşaq əlində, hakimiyyət axmaq əlində və tərif yaltaq dilində. Dağlıq Qarabağ ətrafında danışılan bütün patriot çıxışlardan sonra erməni mənşəli zabit qadının ədliyyə sisteminin müalicə müəssəsində səlahiyyət sahibi,aşotların sanitar postlarında   çalışması bütün söz-söhbətlərə bir qiymət vermək şansı yaradır. Yalançı xəyanətkarlar Müalicə Müəssiəsində  erməni Ritaların,aşotları şövqləndirən təkcə Rəşad Dəmirov deyil, bura bu sahədə çalışan və bu sahəyə nəzarət edənlərin şəxsiyyətlərini şərik qoymaq olar. Bu cür halları görüb,üyüb susmaq ən yaxşı halda şərəfsizlik,namussuzluqdur. Hər bir insanın ləyaqəti onun əməyi ilə müəyyən olunur. Torpaqların azad olması,erməni dığası dünyaya gətirməyə məcbur olan girovluqda 17 ildən çox qalmış Azərbaycanlı qız-gəlinlərə münasibət,Ədliyyə polkovniklərinin Ritaya,aşota olan münasibət qədər şərəf və görünəndir.
 
Raşka öz Səadətinə necə qovuşdu?

Hər hansı, hətta ən zəif ehtiras belə ölüm qorxusuna qarşı duruş gətirə bilir. İntiqam,sevgi,namus, ağır ölüm qorxusuna qalib gəlmək iqtidarındadır.Sübut üçün məhkum dələduzluq maddəsilə mühakimə olunmuş Səadətlə onun Raşkası haqqında olanlarla hətta nazir Fikrət  Məmmədov da məlumatlıdır. Səadət baş həkim Rəşadın həm də katibəsi idi. Baş həkimi işə bağlayan və işdən ayırmayan Səadətlə olan sevgi duyğularını cütlük təkcə öz iş otaqlarında deyil, eləcə də məhkumlar üçün nəzərdə tutulmuş  görüş otağında,ara-sıra hər kəsin  biləcəyi şəkildə icra etməkdən belə çəkinmirdilər.”Strateji” müəssisə sayılan Müalicə Müəssəsi heç də sizlərin düşündüyü qədər zülmət və bataqlıq deyildir.

Buranın da özünə məxsus romantik güşəsi sevib- seçilən sakinləri vardır. Həmin sakinlər Leyli və Məcnun,Əsli və Kərəm kimi olmasalar da pişik günel, yolçu qızı tənzilələr cütlüklərinə tam oxşarlıqları vardır.Çünki Rəşad onu bu vəzifəyə təyin etdirən həyat yoldaşına,Səadət isə ona ev bağışlayan ingilis sevgilisinə xəyanət edirdi.Duyğusallıq günləri çox çəkmədi.Xəbər Raşkanın ona vəzifə bəxş edən həyat yoldaşına çatar-çatmaz, o da öz növbəsində rəfiqəsinə,rəfiqəsi nazir həyat yoldaşı Fikrət Məmmədovu məlumatlandırmaqla Səadəti Raşkadan ayırdılar.Ayrılıq məqamında bir-birlərinə həsrətlə baxan cütlüklərə səbəbkar da baş həkimin həmkarı Mehmanın məlumatı olmuşdur.Rəşad Dəmirov Səadəti 4 sayılı qadın C.Ç.M-ə deyil,tub zona etab etdirdi və yaxşı şəraitin düzülüb-qoşulması üçün psix şöbəsinin müdiri Aliki təcili göndərdi.Səadət qadınlarla birlikdə qala bilməzdi.Çünki o, Müalicə Müəssəsində iki ilə yaxın qaldığı bir müddətdə qadın C.Ç.M-dən Müalicə Müəssəsinə təşrif  buyuran hər bir qadına pislik etmişdir.Üzü çopur,boyu balaca, hər zaman əli və dişi açıq olsa da,dar şalvar və dar köynəkdə pis görünmürdü.Bu ayrılıqdan sonra 40 yaşını yenicə başa vuran Rəşad depressiyadan saçı töküldü,işə vaxtı-vaxtında gəlib-getmədi.Səadət tub zona göndərildikdən sonra baş həkimin Səadət üçün hədiyyə etdiyi geyim əşyaları qadın şöbəsindən görüş otağına kimi 15 üzdəniraq tərəfindən bir günə ancaq daşınıb qurtardı.Hər halda zövq sahibi Səadət olsa da,alınan əşyalar məhkumların canı qanı bahasına Rəşadın aldığı rüşvətlə tamamlanmışdır.Zahirən və daxilən mama uşağı olan baş həkim xasiyyəti və savadı nəzərə alınmasa ondan ancaq elə sanitar ola bilər.Yəqin bütün baş verənlər də Ədliyyə sistemdəki islahatlarla bağlıdır.Müalicə Müəssəsində geniş vüsət almış uğurlu islahatlarda, bu tip ideyalara müəllifliyi təkcə baş həkim R.Dəmirov yox, eləcə də onu əksər həmkarları edir.Bu tip əsərlərin sayının çoxalmasında mütərəqqi əməyi olan 45 yaşlı kiçik leytenant Cəlladı göstərmək olar.

Öz ailəsinə başçılıq edə bilməyən adam nə qanunverici ola bilər,nə də rəhbər. Ancaq çox təssüflər olsun ki, bizim ölkədə özünə umac ola bilməyənləri efirə dırmaşdırıb millətə əriştə dərsi keçirdillər. Bir sözlə toy olsundur,çal-çağırdır,yeni ulduzdur Rəşad Dəmirovun özəl müəssisəsində.

 
Sahibsiz sahə və ya kimdən kimə,hara şikayət edəsən?

Hər bir sahə də Rəşada bənzər bir müqqəva otuzdurublar.Onun hərəkətə gətirilməsi üçün robot düyməsinə  ehtiyac duyulur. Hər- halda az da olsa ağıllı,vicdanı olan kəs bilir ki, bu və ya sözə gəlməz əməlləri həyata keçirmək nə Rəşadların başı, nə də ki, şəxsiyyəti üçün deyildir.

Dövlətin qanunlarına əşya münasibəti bəsləyənlər Rəşadın meyidin ciyərindən düzəltdirdiyi qutablara həris olanlar var və çoxdurlar. Ona görə də dövlət içində öz vandal dövlətini yaradan Rəşadlar ona nəzarət etmək səlahiyyətində olanlara da Allahyar Xəlilov səviyyədə üzdəniraq münasibəti sərgiləyir.

Ədliyyə sistemində,xüsusilə Penitensiar Xidmətin Müalıcə Müəssisəsındə baş verənləri seyr edərkən konkret qərara gəlirsən ki,ədalət yox edilərək,zülm və şər hakimiyyət başına keçmiş,elm aradan qaldırılaraq cəhalət onun yerini tutmuş,rəzalət və xəyanət artaraq ölkəni bürümüşdür.

PS.Dəmirov Rəşadın etdiklərimdən daha çoxunu hazırda baş həkim Nicat Cəlilov və rəis Mayıl Məmmədov etməkdədirlər.

Materialı, çapa hazırladı: Polad Musayev