Bu gün:


Bakıda toyda dəhşət: Ər arvadına çoxsaylı bıçaq zərbələri vurdu

Tarix: 10.05.2023 / 09:55  •   Oxundu: 70 dəfə  •  

Bakının Xətai rayonundakı toy mərasimində ailə-məişət zəmnində dava düşüb.
İDEAL xəbər verir ki, hadisə şəhərdə yerləşən restoranların birində qeydə alınıb.
Belə ki, şadlıq sarayında toy məclisi zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib.
Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub.
Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Fakt üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.