Bu gün:


Məhkumun zibilxanada gizlətdiyi tüfəng tapıldı

Tarix: 14.05.2023 / 12:00  •   Oxundu: 70 dəfə  •  

Penitensiar xidmət və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə uğurlu əməliyyat həyata keçirib.

İDEAL xəbər verir ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rufan Azəri tərəfindən Suraxanı rayonu ərazisində zibilxanada gizlədilən 1 ədəd lüləsi kəsilmiş tüfəng aşkar edilib.
Bundan başqa, Bakı istintaq təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Cinayət Məcəlləsinin 234.3.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elcan Hüseynov Bakı İstintaq təcridxanasına qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın astarında gizlətdiyi 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,236 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.