Yevgeni Mixaylov: Ermənistan Azərbaycanla yeni bir müharibəyə hazırlaşdıqlarını elan edirlər.
Tarix: 10.12.2020 / 11:55 •
Oxundu: 86 dəfə •
“Dekabrın 10-da Bakıda keçirilən təntənəli Zəfər Paradı - işğal altındakı torpaqları azad etməyi bacaran bütün Azərbaycan xalqının əzm və iradəsini simvolizə edir”.
Bunu beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalistskiye rassledovaniya” (Jurnalist araşdırması) “Youtube” kanalının aparıcısı Yevgeni Mixaylov deyib. O, bunu əsl Vətən müharibəsi adlandırıb.
“Ölkənin bütün vətəndaşları bir nəfər kimi cəbhəyə getməyə, vətənləri uğrunda döyüşməyə hazır idilər. Azərbaycan xalqının birliyi baş verdi. Həm hərbçilər, həm də mülki şəxslər arasında itkilər oldu, amma boş yerə deyildi, Azərbaycan qalib gəldi.
Hökumət 20 ildən çoxdur ordunu təchiz edirdi, hərbi rəhbərlik hazır idi. Ən əsası cəmiyyətin və hökumətin birgə hərəkətləri öz bəhrəsini verdi. İndi son illərdə faşistliyi güclü şəkildə qəhrəmanlaşdıran Ermənistan üzərində qələbə qeyd edilir. Faşist ideologiyası Ermənistandakı ən böyük siyasi qüvvələrdən bir neçəsi tərəfindən qəbul edilib, ölkədə şovinist duyğular artıb.
Bu müharibəni niyə Vətən müharibəsi adlandırmaq olar və lazımdır? Burada nasist Almaniyası o dövrdə ortaq vətənimiz olan Sovet İttifaqına hücum etdiyi zaman aparılan Böyük Vətən müharibəsi ilə açıq paralellər var. Xatırlamaq yerinə düşər ki, həmin Ermənistanda Benito Mussolini, daha sonra Adolf Hitlerin Qaregin Njdenin ideologiyasından istifadə etməyə başladıqları ilə öyünməyi xoşlayırlar.
Bu işğalçı ölkə üzərində qələbədir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini işğal etməsi bütün dünya birliyi tərəfindən tanındı. Ermənistan işğalçı şleyfindən uzun müddət qurtula bilməyəcək. Ən azı erməni cəmiyyətinin özünün qavrayışı, qonşulara qarşı öz xarici siyasətlərini dəyişənə qədər bu belə olacaq.
Vətən Müharibəsindəki qələbə - azərbaycanlılar tərəfindən nəsillər boyu qeyd ediləcək möhtəşəm bir bayramdır. Müasir Azərbaycanın ilk Zəfər paradı tarixdə qalacaq”.
- Bu arada, Ermənistanda Azərbaycanla yeni bir müharibəyə hazırlaşdıqlarını elan edirlər, hətta tarixləri də qoyublar - 2021-ci ilin yayına qədər. Bəzi erməni siyasətçiləri tərəfindən səsləndirilən Bakı ilə İrəvan arasında diplomatik münasibətlərin qurulması təklifləri düşmənçiliklə qarşılanır.
- Erməni cəmiyyəti hazırda şok vəziyyətindədir. Müharibədəki məğlubiyyət, kapitulyasiya - bunların hamısı erməni rəhbərliyi tərəfindən aldadılmış erməni xalqının alçaldılması kimi qəbul edilir.
Hər şeyi bağırmaq olar, ancaq müharibə mümkün deyil. Ermənistanın qarşıdurmaya, Azərbaycan ərazilərini yenidən işğal etmək cəhdinə hazırlaşmaq üçün on illərlə vaxt lazım olacaq. Ancaq Azərbaycan da boş oturmayacaq.
Hər halda bütün bu şovinist hisslərin bir müddət sonra səngiyəcəyini düşünürəm. Ermənistanın mütləq görünəcək yeni, daha adekvat rəhbərliyi qonşuları ilə barışıq siyasəti quracaq. Bu olmazsa, Ermənistanın bir dövlət olaraq yaşamaq şansı yoxdur.