Bu gün:


Qubadlı rayonunun Çaytumas kəndi - FOTO

Tarix: 18.05.2023 / 12:43  •   Oxundu: 127 dəfə  •  

Qubadlı rayonunun Çaytumas kəndi Həmzəli kənd inzibati ərazi dairəsində, Həkəri çayının sahilində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandallar işğal dövründə bu kəndi də yerlə bir edərək xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də kəndi işğaldan azad edib.
İDEAL  işğal dövründə erməni vandalizminə məruz qalmış Çaytumas kəndinin görüntülərini təqdim edir.