Bu gün:


Azərbaycanda 7 yaşlı uşaq müəmmalı şəkildə ölüb

Tarix: 24.05.2023 / 11:12  •   Oxundu: 67 dəfə  •  

Siyəzəndə bədbəxt hadisə baş verib.
İDEAL xəbər verir ki, şəhər sakini, 2016-cı il təvəllüdlü uşaq qəfildən dünyasını dəyişib.
Yaxınları onu Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirsələr də o, artıq xəstəxanaya çatana kimi ölüb.
Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib.
Azyaşlının ölüm səbəbinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdiriləcək.