Bu gün:


Restoran sahibləri obyektin qarşısına qoyulan zibil qabılardan narazılıq edirlər

Tarix: 25.05.2023 / 13:51  •   Oxundu: 143 dəfə  •  


Bakının Təbriz Xəlilbəyli küçəsi 3 ünvanında yerləşən restoran sahibləri obyektin qarşısına qoyulan zibil qabılardan narazılıq ediblər.

Onların sözlərinə görə, zibil qabılardan gələn üfunət iyi müştəriləri və özlərini narahat edir.
“Üfunətdən buradan keçmək olmur. Buradan sakinlər belə keçə bilmirlər, adamın ayaqqabısı yerə yapışır”, - deyə şikayətçi qeyd edib.