Nazim İdeal: Şıx mövlamdan özünü təmiz bilən məmur varmı ???
Tarix: 09.06.2022 / 22:12 •
Oxundu: 184 dəfə •
Kinoteatrlara seyrici kütləsinin azalmasına başlıca səbəb dövlətin çox ciddi təsisatı hesab ediləcək sahələrdə məə-mırr-ların nümayiş etdirdiyi tragikomik kazuslardır.
MTN rəsmilərinin məzhəkə salonlarında etiraf etdikləri kimi zakir qaralov deyirdi tut,eldar mahmudov deyirdi burax,akif çovdarov deyirdi güllələ, elçin quliyev deyirdi pazla....
Bax dövlət bu cür idarə edilib....
MTN bütün bunları təkbaşına,təkdırnaqlılar hesabına etməyib!
MTN bütün cinayətlərini 10 dırnaqlı, qoşakameralı maşalarının hesabına edib və davam edir 212006112 saylı İstintaq!?
Bu ölkədə 1 ədəd məmur tapmaq olarmı ki,o, sözün tam mənasında dövlətinə,Xalqına vicdanla xidmət edib,edir....!?
Adlarına və sülalərindəki zombilərin adlarına leqallaşdırılan mülklərə rəğmən söyləmək olar ki, bunlar Azərbaycanı leş kimi söküblər,sökürlər və davam edir...
Sabah qara kassaya asi çıxa biləcək istənilən məmurun taleyi hələlik hədəfdə olan mövlamın taleyindən fərqlənməyəcək.
"Vətən uğrunda" medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən, Milli Təhlükə Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş, general-mayor Mövlam Şıxəliyevin 8 milyon manatlıq əmlakının üzərinə həbs qoyulub.
Bunlar əsasən Bakının mərkəzində bahalı mənzillər, obyektlər, Novxanıda içində 1000 kvadrat metrdən böyük mənzil tikilmiş bağ evi və başqa onlarla daşınmaz əmlaklardır.
Bu əmlaklar generalla yanaşı, onun həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Nəqliyyatda Baş Polis İdarəsində əməliyyat müvəkkili olaraq çalışmış Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və başqa qohumlarının adınadır. Söhbət aşağıdakı əmlaklardan gedir:
- Səbail rayonu, Nizami küçəsi 78 ünvanında (Fəvvarələr meydanı), 482 min manat dəyərləndirilmiş obyekt;
- Nizami küçəsi 78, mənzil 6 ünvanında 214 min manat dəyərləndirilmiş ev;
- Səbail rayonu, Nizami küçəsi 96, mənzil 37 ünvanında 360 min manatlıq ev;
- Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 400 000 manat;
- Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında, 974 min manat dəyərləndirilmiş obyekt;
- Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9-25, mənzil 63 ünvanında yerləşən ev; Dəyəri 31 500 manat;
- Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı. Dəyəri 39 528 manat;
- Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 37 600 manat;
- Novxanı kənd, 686 ünvanında yerləşən 214,3 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 257 172 manat;
- Novxanı kəndi, 685V ünvanında yerləşən 1087,7 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 1 305 240 manat;
- Nərimanov rayonu, M.Əlizadə küçəsi ev 134a ünvanında 403 kvadrat metr sahə, Dəyəri 1 milyon 452 min manatlıq ərazi;
- Səbail rayonu, Bülbül prospekti 7 ünvanında yerləşən binada, ümumilikdə 3 milyon 397 min dəyərləndirilmiş 5 mənzil;
- Binəqədi rayonu, Novxanı kəndində 1 milyon 305 minlik bağ evi;
- Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 26 240 manat;
- Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kvadratmetr əmlak. Dəyəri 17 000 manat.
İstintaqın diqqətindən yayınanlar:
- Xaçmazda "Çoban Bulaq” İstirahət Mərkəzi, ümumi dəyərinin 10 milyon manat civarinda olduğu bildirilir...
- “Sahil” metrosunun üstündəki dəbdəbəli binada istintaqın diqqətindən yayınan 2 obyekti.
- Binəqədi rayonu, Novxanı kəndində daha 2 imarəti...
- Bakıdakı məşhur “Praqa” restoranı.
- “Praqa” restoranının altındakı market.
- Metronun “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu” stansiyaları ətrafında mebel mağazaları şəbəkəsi...
Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. O, mütəşəkkil dəstə yaradıb, ümumilikdə 20 milyon manatdan çox rüşvət alma, təhdid, şantaj etmə maddələri ilə ittiham olunur. Sahibkarlara aylıq "şapka" qoyaraq, onları oğurlayıb girov saxlamaqda təqsirləndirilir. Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbslərində də hallanıb. Bu yaxında isə "MTN"-çilərin 4 nəfərini əfv edilib azadlığa buraxıldılar.
Şəhid övladı Elvin Orucludan isə Xətai məzhəkəsinin haykimi fuad axundov 1 il 2 ay azadlıq üçün 10.000 manat rüşvət tələb edir!
Hüquqi dövlət deyil e, dom sovetdir!