Bu gün:


Telefonu əlindən alınan şagird yataqxananı yandırdı - 19 ölü - FOTO

Tarix: 26.05.2023 / 19:07  •   Oxundu: 102 dəfə  •  

Cənubi Amerika ölkələrindən biri olan Qayanada telefonunun əlindən alınmasına əsəbiləşən məktəbli, şagird yataqxanasını yandırıb.
İDEAL xəbər verir ki, yanğında 19 şagird həlak olub.
Məlumata görə, yanğında ölənlərdən çoxu qız şagirdlərdir. Yataqxananın qapı və pəncərələrinin dəmirli olması səbəbindən uşaqlar içəridə bağlı qalıblar və bu da faciənin miqyasını böyüdüb.
Yaralı şübhəli xəstəxanada müalicə alır və o, yanğın törətdiyini etiraf edib.