Bu gün:


Avropada itkin düşən azərbaycanlı tələbədən YENİ XƏBƏR - YENİLƏNİB

Tarix: 30.05.2023 / 12:52  •   Oxundu: 148 dəfə  •  

Avropada itkin düşən azərbaycanlı gənc tapılıb. 
Bu barədə İDEAL-a itkin düşən gəncin yaxınları məlumat verib. 
Qeyd edək ki, 4 gün əvvəl yoxa çıxan həmyerlimiz Mikayıl Hidayətov Polşanın paytaxtı Varşavada itkin düşmüşdü. 
Mikayıl Hidayətov Varşavada universitetlərin birində təhsil alırmış. O, 1-ci kurs tələbəsidir. 
***
11:27
Avropada azərbaycanlı gənc itkin düşüb.
İDEAL-ın məlumatına görə, həmyerlimiz Mikayıl Şamil oğulu Hidayətov 4 gün əvvəl yoxa çıxıb. 
Belə ki, 4 gün əvvəl onun ad günü olub. Yaxınları onunla sonuncu dəfə ad günündə danışıblar. Bundan sonra Mikayıl Hidayətovla əlaqə kəsilib.