
İDEAL Partiyasının Başkanı Nazim Quliyevlə Türkiyədə keçirilmiş Prezident seçkilərini müzakirə etdik.
Türkiyədə keçirilmiş 13-cü Prezident seçkisinə münasibətiniz bəllidir.Siz kimin qalib olmasını istəyirdiz.
Mən Əqidə adamıyam.Ərdoğana həmişə rəğbətim olub.Hər kəs bilsin ki, işğal altındakı topraklarımızın dönüşündə Ərdoğan əsas Lokomotivlərdəndir.
Sinan bəyin rəqsi çox gözəldir.Kılıçlaroğlu natiqdir.Ərdoğansa siyasətçidir!
Ölkəmizdəki müxalifəti necə dəyərləndirirsiz?
Bir məqamı unutmayın.Özünü,əqidəsini,məsləkini,pula, vəzifəyə satanlarla bədənlərini satanların heç bir fərqi yoxdur.Məni mütəəsir edən əsas məqam budur ki, baş verənlər hər kəsin gözləri qarşısında olsada, çoxları özünü duyğusuz,heysiyyatsız kimi aparır.Sizin və başqalarının özlərini müxalifət kimi təqdim etdikləri mövcud rejim tərəfindən saxlanılır.
Şortu-biznes damazlıq quşlar kimi saxlanıldığı kimi.
Başlıcası Xalqın tənəzzül girdabından çıxmamasında əqidəsiz müxalifətin əziyyəti danılmazdır.Onların böyük əksəriyyəti xammal,əşya olaraq istismar edilməkdədirlər.
QHT-in qrant qalmaqalı gündəmin əsasını təşkil edir.
Bütün sahələrdə olduğu kimi dövlət idarəçiliyi şəxsi,qrup,nəsil,sevgililərin mənafelərinə uyğun realizə edilməkdədir.Şəffaflığın Balaxanı zibilliyindən fərqi yoxdur.
Lalə Əlizadə