Bu gün:


Suriyadan Türkiyəyə keçmək istəyən qadın terrorçu tutulub

Tarix: 09.06.2023 / 13:02  •   Oxundu: 143 dəfə  •  

Suriyadan Türkiyəyə keçmək istəyən terrorçu saxlanılıb.
İDEAL bildirir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının keçirdiyi əməliyyat nəticəsində PKK-ın yüksək vəzifə tutan fərdlərindən olan Helin İşenme Suriyadan Türkiyə keçmək istəyərkən tutulub.
Helin İşenme 2016-cı ildə terrorçulara qoşulub və 2017-ci ildə silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə Diyarbəkir 5-ci Sülh Cəza Məhkəməsi tərəfindən barəsində həbs qərarı çıxarılıb.
Qeyd edək ki, bir müddətdir MİT tərəfindən PKK bir çox yüksək vəzifə tutan terrorçuları Suriya və İraqda keçirilən əməliyyatlar nəticəsində məhv edilib.