Bu gün:


Etirazçılar Paşinyana və arvadına hücum etdilər

Tarix: 10.12.2020 / 17:44  •   Oxundu: 101 dəfə  •  

Ermənistan baş naziri Nikol Paşinyan hökumət iclasına gedərkən etirazçıların hücumuna məruz qalıb.
Bildirilir ki, növbəti etiraz aksiyası zamanı gənc fəallar şüarlar səsləndirərək Paşinyanın hökumət ərazisinə girdiyi anda avtomobil karvanına yumurta atıblar.
Paşinyanın həyat yoldaşı Anna Akopyana simvolik olaraq sikkələr atılıb. Fəallar hökumət binasının çölünə 10, 20, 50 dram səpələyiblər, onlar qışqıraraq bunu Paşinyanın qızının yeni oyuncaqları üçün verdiklərini deyiblər. Bundan əvvəl Akopyan sosial şəbəkədə Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki uşaqlara göndərmək üçün beş yaşlı qızından bir neçə oyuncaq və kitab aldığını yazmışdı.