Bu gün:


MƏHKUM ÖZÜNÜ NİYƏ ÖLDÜRMƏK İSTƏYİR ?

Tarix: 24.06.2023 / 16:59  •   Oxundu: 406 dəfə  •  

Məhkum Əkbərli Nurlan Şahin oğlunun anası Babayeva Gülgəz Bəyiş qızı Prezident İlham Əliyev və İDEAL Media Gropu – nun qurucusu Nazim Quliyevə  müraciət etmişdir. 

Müraciətdə deyilir: “ Hörmətli Cənab Prezident ! 

Övladım 2001-ci il təvəllüdlü Əkbərli Nurlan Şahin oğlu 13 aprel 2022-ci ildə  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə 2 il 9 ay 24 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 

Xroniki ağciyər xəstəliyi daşıyıcısı  olduğundan Ədliyyə Nazirliyi Pentensiar xidmətin 3 saylı ixtisaslaşmış müalicə müəssisəsində  (tubzon) saxlanılır. 

Artıq 1 il 3 aydır ki, hər ay 100 manat icarə pulu ödəməklə oğlum Əkbərli Nurlan Şahin oğlu həmin müəssisədə cəza çəkir.

 

İyun ayının 1-dən başlayaraq oğluma qarşı İMM-nin rəisi Anar Məmmədov , müavinləri, əməliyyat və rejim şöbəsinin rəisləri tərəfindən mənəvi,fiziki,tibbi təzyiqlər artan xətt üzrə davam etməkdədir.Səbəbi olaraq oğlumun 120 manat məbləğində  soyuducu almaq məqsədilə İMM-də işləyən nəzarətçiyə  görə ödənilmiş və nəzarətçi tərəfindən gətirilmiş  soyuducunun işləməməsindən dolayı soyuducunu müəssisəyə gətirmiş nəzarətçiyə etiraz etməsi yəni dəyişdirmək tələbi olmuşdur. 


Oğluma etinasız və eqaist münasibət sərgiləyən nəzarətçi həm də onu təhqir edərək nəlayiq küçə söyüşləri ifadə etmişdir. Olaydan əvvəlcədən məlumatlı olmuş rəis heyyəti problemi çözmək əvəzinə, çıxış yolu olaraq oğlumun qollarını çarpaz şəkildə arxadan qandalladaraq karsa atdırmışdır. 

Rəis heyyətinin despot münasibətindən cana doymuş övladım 15 iyun 2023-cü il tarixdə öz qarnına mismarla dərin xəsarət yetirmişdir. 


Çıxış yolu olaraq oğlumu təcili (“speç etab”) şəkildə Penitensiar Xidmətin Böyük Şor qəsəbəsində yerləşən müalicə müəssiəsinin cərahiyyə şöbəsinə yatab etdirmişdir. 

Bir ana olaraq mənim apardığım mübarizə tubzon  rəisi Anar Məmmədovun  xoşuna gəlmədiyindən o, övladımı gecə ilə tubzona qaytarmışdır. 19 iyun 2023-cü il tarixdə görüşərkən və bu gün telefonla danışarkən oğlum ona qarşı həyata keçirilən  işgəncələrə dözmədiyini bildirmiş və özünə qəsd edəcəyini and-aman etmişdir. 

Məlum edirəm ki, həyat yoldaşım Həsənov Şahin Əkbər oğlu 1-ci qrup Qarabağ qazisidir. 

Hörmətli Cənab Prezident !

Dövlət içərisində öz, kriminal dövlətini qurub qanunları alqı-satqı predmetinə çevirmiş məhkuma əşya, xammal maklatura münasibəti sərgiləyən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşmış Müalicə müəssisənin rəisi Anar Məmmədov və onun gestapol dəstəsinin əməllərinə hüquqi qiymət verilməsi və oğlumun təhlükəsiz şəraitdə cəza çəkməsi üzrə tədbirlər görməyinizi Sizdən xahiş edirəm. “

P.S. Mövzu diqqətimizdədir. 

Məhkum Əkbərli Nurlan Şahin oğlunun təhlükəsiz yaşamaq və bütün fundamental Konstitusion hüquqlarının bərqərar olunması istiqamətində lazım olan bütün addımları atacayıq. 

 

Rüfət Kamil