Bu gün:


Dövlətə xəyanət edən qadın məhkəmə qarşısında

Tarix: 17.07.2023 / 10:16  •   Oxundu: 70 dəfə  •  

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən Fidan Əliyevanın məhkəməsi başlayır.
 
İDEAL xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.
 
Məhkəmənin hazırlıq iclası bu gün baş tutacaq.
 
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdiriləcəyi gözlənilir.
 
F.Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb.
 
Onun barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.