Bu gün:


4 sığorta agentinin lisenziyası ləğv edildi

Tarix: 18.07.2023 / 10:11  •   Oxundu: 84 dəfə  •  

Azərbaycan Mərkəzi Bankı 4 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.
 
Bu barədə İDEAL-a tənzimləyici qurumdan bildirilib.
 
Məlumata görə, bununla bağlı qərar iyulun 12-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, 1 il ərzində lisenziyanın qüvvəsinin dayandırılmasına səbəb olmuş halın 3-cü dəfə təkrarlanması nəzərə alınaraq qəbul olunub.